AZ

İsveç Ukraynaya 122 milyon dollar mülki yardım ayıracaq

İsveç hökuməti Kiyevə yeni mülki dəstək paketi üçün 1,145 milyard kron (122 milyon dollar) ayırmaq qərarına gəlib.

"Unikal" xəbər verir ki, bu barədə İsveç hökuməti məlumat yayıb. 

Yeni dəstək paketi "enerji, mənzil, səhiyyə, minalardan təmizləmə, qaçqınlara yardım və müstəqil media" daxil olmaqla "Ukraynanın ən aktual ehtiyaclarını ödəməyə yönəldiləcək". Ayrılan vəsaitdən 145 milyon kron (15,44 milyon dollar) humanitar yardım üçün nəzərdə tutulub. Ümumilikdə, İsveçin Ukraynaya mülki yardımı 2025-ci ildə 9 milyard krona (958 milyon dollar) və ya Krallığın inkişaf yardımı büdcəsinin 16%-nə çatacaq.  

Seçilən
10
unikal.az

1Mənbələr