AZ

Nadir Qafarzadə həmin müğənniləri "virus" adlandırdı

"Bu gün şou-biznesdə böyük bir virus var. Onu təmizləmək mümkün deyil. Ümidimizi çoxdan üzmüşük. Artıq şou-biznes o deyil. 2000-ci illərdə var idi: Yaxşı bəstələr, ifalar, kliplər, konsertlər. O vaxtın tamaşaçıları da başqa idi, daha zövqlü idilər. İndi tamaşaçıların bəziləri qaçır ucuzluğa. Bu, virusdur və sağalmazdır".

Publika.az Axşam.az-a istinadla xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə "Rəngarəng" verilişində deyib. O, bayağı ifaçıları "virus" adlandırıb.

"Biz gedən məclislərdə viruslar olmur. Demirik və ya tələb etmirik ki, onlar gəlməsinlər. Məclis sahibinə heç vaxt şərt qoymaq olmaz. O deyəcək ki, sənə də, ona da pul verirəm. Onları toyda görmürük, çünki dəvət almırlar. Elə məclislərin sahibləri özləri də, zövqləri də, çağırdıqları sənətçilər də bahalıdır. Yəni, özlərinə uyğununu dəvət edirlər.

Seçilən
6
3
publika.az

5Mənbələr