AZ

Qarabağ ın Kopenhagen lə oyunu üçün Bakıya gələcək: Həmin matçı səbirsizliklə gözləyirəm

Sportal.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

"Qarabağ"ın sabiq yarımmüdafiəçisi Tarik Elyunissi Sportal.az saytına açıqlama verib.

Norveçli veteran futbolçu Ağdam təmsilçisinin Çempionlar Liqasındakı uğurlu çıxışından danışıb.

Bununla yanaşı, o, ÇL-in 2-ci turunda "Kopenhagen"lə qarşılaşmasından gözləntilərini bildirib:

"Qarabağ"ın Çempionlar Liqasında əsas mərhələyə qələbə ilə başlaması həqiqətən yaxşı nəticədir. "Benfika" kimi komandanı məğlub etdilər. Bu da komandada işin ən yaxşı şəkildə getməsinin göstəricidir. "Benfika" ilə görüşdə qeydə alınana qələbə effektiv və təsiredicidir. 

Qarşıdakı turda "Kopenhagen"lə matçları var. Yaxşı oyun olacağı dəqiqdir. Düzünü deyim, səbirsizliklə o görüşü gözləyirəm. Mənim üçün olduqca maraqlı matçdır. Ola bilsin ki, həmin oyuna görə Bakıya gəldim və stadiondan canlə izlədim".

Qeyd edək ki, Elyunissi “Fredrikstad”, “Herenven”, “Lillestrom”, “Rosenborq”, “Hoffenhaym”, “Olimpiakos”, AİK və “Şonan Bellmare” klublarında çıxış edib. O, 2017/2018 mövsümündə icarə əsasında “Qarabağ”ın formasını geyinib. Əlavə edək ki, Tarikin əmisioğlu Mohammed Elyunissi də "Kopenahagen"in aparıcı üzvüdür. 

Mirbağırağa

saytlarin hazirlanmasi

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
13
1
sportal.az

2Mənbələr