AZ

“Neftçi” ilə matçı nə qədər tez unutsaq, o qədər yaxşıdır”

ain.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.

“Karvan-Yevlax” Premyer Liqanın VI turunda “Neftçi” səfərində qolsuz heç-heçə edib. Yevlax təmsilçisinin kapitanı Vadim Abdullayev “Futbolpress.az”a açıqlamasında matçla bağlı fikirlərini bölüşdü:

“Neftçi” çox yaxşı futbolçulardan qurulmuş komandadır. Bunu bilirdik və başa düşürdük ki, çox qaçmaq, mübarizə aparmaq lazımdır. Şükürlər olsun, 1 xal qazana bildik. Oyunda çox əziyyət çəkdik”.

Görüşdə qapıçı Kamran İbrahimov seyvləri ilə diqqət çəkib. Bir neçə dəfə kritik qurtarışlarla yadda qalan qolkiper bir xalda əsas pay sahiblərindəndir. Abdullayev nəticədə tək Kamranın yox, bütün kollektivin payının olduğunu dedi:

“Hamının əziyyəti var. Ehtiyat skamyasında olanlardan tutmuş meydandakılara qədər. Kamranın da əziyyəti böyükdür, yaxşı seyvlər etdi. Matçdan əvvəl ona demişdim ki, belə oyunlarda çox seyv etməlisən. Hamı üzərinə düşən işi gördü. Ancaq havalarda uçmaq lazım deyil, növbəti matçlara baxmalıyıq”.

“Karvan-Yevlax” növbəti turda “Sabah”ı qəbul edəcək. Yarımmüdafiəçi “bayquşlar”la oyundan gözləntilərini bölüşdü:

“Hər oyun çətindir. “Sabah” yaxşı komandadır. Ağır oyun olacaq və buna hazırlaşmalıyıq. “Neftçi” ilə matçı nə qədər tez unutsaq, o qədər yaxşıdır. Hələ mövsümün əvvəlidir və nəsə iş görməmişik”.

Şahin Cəfərov

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
22
futbolpress.az

1Mənbələr