AZ

İlham Əliyevin çıxışı müstəqil siyasəti nümayiş etdirdi ŞƏRH EDİLDİ

ain.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Prezident İlham Əliyevin BMT Baş Assambleyasındakı çıxışı və orada irəli sürdüyü “yeni dünya nizamının qurulması” ilə bağlı tezisləri digər çıxışlardan tamamilə fərqlənirdi. Bildiyimiz kimi, çıxış edənlərin əksəriyyəti dünyanın müxtəlif bölgələrində — istər Yaxın Şərqdə, istər Avropada, istərsə də Ukrayna cəbhəsində baş verən problemlərdən danışırdılar". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Şakir Ağayev deyib.

Siyasi şərhçi sözlərinə belə davam edir: "Onlar əsasən BMT-nin zəifliyindən, dünyanın təhlükələrlə üz-üzə qalmasından bəhs edir, demək olar ki, hər çıxışda narazılıq, etiraz, ümidsizlik və özünə güvənsizlik hiss olunurdu. Amma Azərbaycan Prezidenti İlham Əliyev qalib ölkənin Prezidenti kimi, ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş bir dövlətin Ali Baş Komandanı kimi çıxış etdi. O, Azərbaycanın uğurlarını, bu uğurların səbəblərini və onların arxasında dayanan amilləri təqdim etdi. Prezident BMT qətnamələrinin Azərbaycan tərəfindən necə icra olunduğunu, bunun öz gücü hesabına necə həyata keçirildiyini izah etdi. Eyni zamanda, dünyaya yeni bir model — “Azərbaycan düsturu”nu təqdim etdi. İlham Əliyev bildirdi ki, ikili standartlardan kənar, bütün dövlətlərin milli maraqları nəzərə alınmaqla yeni dünya sistemi qurmaq mümkündür və bu sistem müharibələrə və münaqişələrə son qoya bilər. O, çıxışında enerji təhlükəsizliyi, iqlim dəyişiklikləri, regional əməkdaşlıq və strateji tərəfdaşlıq məsələlərinə də toxundu. Azərbaycanın bu sahələrdə beynəlxalq aləmdə öz rolunu necə təqdim etdiyini və bugünkü mürəkkəb geosiyasi, geo-iqtisadi vəziyyətdə model ölkə kimi nümunə olduğunu göstərdi.

Prezidentin çıxışında işğal altında olan ərazilərin azad olunması, bu prosesdə beynəlxalq hüququn necə icra edilməsi, Azərbaycanın enerji təhlükəsizliyindəki rolu, iqlim məsələlərinə yanaşması və digər strateji fəaliyyət istiqamətləri də xüsusi vurğulandı. Bu çıxış beynəlxalq mətbuatda geniş şəkildə müzakirə olundu və Azərbaycanın qələbədən sonra regionda və dünyada artan rolu bir daha təsdiqləndi. Azərbaycanın Yaxın Şərqdə, Avropada və Türk Dövlətləri Təşkilatında oynadığı rol ölkənin qlobal aktora çevrilməsinin nümunəsi kimi təqdim edildi. İlham Əliyevin çıxışı həm də beynəlxalq münasibətlər sistemində Azərbaycanın necə müstəqil siyasət apardığını və problemləri necə həll etdiyini açıq şəkildə göstərdi".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
sia.az

2Mənbələr