BAKI, 29 sentyabr. TELEQRAF
Gəncə Memorial Kompleksi 2020-ci ilin oktyabrında Ermənistan silahlı qüvvələri tərəfindən raket zərbələrinə məruz qalmış əraziləein birində layihələndirilib.
Teleqraf xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şöbəsinin müdiri Ramil Cahangirov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, kompleksin təməli 2022-ci ildə Prezident İlham Əliyev tərəfindən qoyulub.
"Kompleksin ərazisi 4 hektarı əhatə edir, əsas hissəsi Muzey binasıdır. Bu muzey binası xüsusi memarlığa malikdir, aypara formalıdır. Həmin binanın əsas hissəsini isə sərgi zalı təşkil edir. 1905-1906-cı il qırğınları və 1918-ci il qırğınlarınləks etdirən faktlar işıqlandırılır", - o əlavə edib.