AZ

Kasım-Jomart Tokayev İtaliyanın ən yüksək dövlət mükafatına layiq görüldü

BAKI, 29 sentyabr. TELEQRAF

İtaliya Prezidenti Sercio Mattarella Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə ölkəsinin ən yüksək mükafatını – “İtaliya Respublikasına xidmətlərinə görə” ordenini təqdim edib.

Teleqraf xəbər verir ki, bu, iki ölkənin liderlərinin Astanada keçirilən görüşündə baş verib.

“Ölkəmizin bu yüksək mükafatı yalnız İtaliya ilə dostluq əlaqələrinin möhkəmlənməsinə töhfə vermiş dövlət başçılarına verilir”, - İtaliya Prezidenti bildirib.

Kasım-Jomart Tokayev İtaliyanın ən yüksək dövlət mükafatını Sercio Mattarelladan almaqdan böyük şərəf duyduğunu bildirərək minnətdarlığını bildirib.

Seçilən
115
teleqraf.com

1Mənbələr