AZ

Gürcüstanın müxalif partiyası azərbaycanlı namizədlərinə təzyiq göstərildiyini iddia edir

TBİLİSİ, 29 sentyabr. TELEQRAF

Gürcüstanın müxalif “Lelo” partiyası Marneulinin Qullar, Birinci Kosalı, Qızılhacılı kəndlərindən irəli sürülmüş majoritar deputatlarına təzyiqlərin göstərildiyini iddia edir.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, partiya liderlərindən biri İrakli Kupradze keçirdiyi brifinqdə azərbaycanlı namizədlərin hədələnməsinə görə namizədliklərini geri götürdüklərini bildirib.

Brifinqdə audioyazı təqdim edilib və iddia olunub ki, səs yazısı Qızılhacılı kəndində majoritar namizədə yerli polis əməkdaşları tərəfindən hədə-qorxunun gəlinməsi cəhdini təsdiqləyir.

Gürcüstanın Baş Prokurorluğu səs yazısı ilə bağlı artıq araşdırmalara başlayıb. Qurumdan yerli mediaya bildirilib ki, faktla bağlı bütün zəruri istintaq hərəkətləri həyata keçiriləcək və səs yazısında əks olunan şəxs dindiriləcək.

Qeyd edək ki, sentyabrın 22-də “Lelo” partiyasının Bolnisi merliyinə namizədi Asəf Çıraqov namizədliyini “Gürcü Arzusu” partiyasından olan rəqibi Zamur Çitanavanın xeyrinə geri götürüb. Soydaşımızın ona edilən təzyiqlərə görə bu addımı atdığı iddia edilir.

Seçilən
71
teleqraf.com

1Mənbələr