Olaylar.az xəbər verir ki, bu barədə o, "NBC News" telekanalına müsahibəsində bildirib.
"Güman edirəm ki, onlar bununla məşğuldurlar", - deyə Tramp Ədliyyə Nazirliyinin Reylə bağlı istintaq aparıb-aparmadığı sualına cavabında bu cümlələri işlədib.
Donald Trampın sözlərinə görə, 46-cı ABŞ prezidenti Co Baydenin dövründə FTB-yə rəhbərlik edən Rey "işini dəhşətli şəkildə yerinə yetirib".
"Düşünürəm ki, onun etdikləri son dərəcə qəbuledilməz idi", - deyə dövlət başçısı əlavə edib.
Xatırladaq ki, ABŞ prezidenti FTB əməkdaşlarını 6 yanvar 2021-ci ildə onun tərəfdarlarının Kapitoliyə hücumu zamanı təxribat törətməkdə ittiham edib. Onun sözlərinə görə, bu iddia sabiq FTB rəhbəri Kristofer Reyin açıqlamaları ilə tamamilə ziddiyyət təşkil edir.