AZ

Elza Seyidcahan məhkəmədə ifadə verdi

Bir neçə nəfərin qızıllarını mənimsəməkdə təqsirləndirilən Fərid Abuzərli və Xəyal Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Demokrat.az  "Report"a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə zərərçəkənlər ifadə verib.

Belə ki, Zərərçəkənlər arasında olan tanınmış müğənni Elza Seyidcahan (Qasımova) bildirib ki, bəzi problemlərinə görə lombarda müraciət edib:

"Məni oraya anam aparıb. Bəzi problemlərimiz var idi. Anamın, özümün, rəfiqəmin qızıllarını həmin lombarda qoyaraq 8 min 500 manat pul götürdük. Sonra pulları ödədik. Rəfiqəmin qızıllarını qaytamalı idim. Onlar mənə dedi ki, qızıllar 1 həftə sonra veriləcək. Beləliklə, 1 həftə, sonra isə 3 ay keçdi. Mən də məcbur qalıb polisə müraciət etdim. Gördüm ki, zərərçəkən ancaq mən deyiləm. Mənə dəymiş ziyan ödənilməyib. Lombardın bütün işçilərindən şikayətçiyəm. Onlar bu işi bilirdilərsə, bizə deməliydilər. Anam da zərərçəkəndir. Növbəti proseslərdə iştirak edəcək".

İttihama münasibət bildirən təqsirləndirilən şəxslər özlərini təqsirli bilməyib.

Növbəti proses noyabrın 3-nə təyin edilib.

Qeyd edək ki, cinayət işi üzrə 31 nəfər zərərçəkən qismində tanınıb. Onların arasında tanınmış müğənni Elza Seyidcahan da var. İttiham edilən tərəf girov olaraq götürdüyü qızıl zinət əşyalarını və onların geri verilməsi üçün müştərilərin ödədiyi pul vəsaitini mənimsəməkdə ittiham olunurlar.

Belə ki, "Nizami" metrostansiyasının yaxınlığında Zivərbəy Əhmədbəyov küçəsində yerləşən lombardın əksər müştəriləri borclarını tam ödədikdən sonra qızıllarını geri ala bilməyiblər. Qızıllarını ala bilməyən insanlar Polis Bölməsinə şikayət ediblər.

Çox sayda insan "Lombard Xəyal" olaraq tanınan şəxsin onlara kütləvi ziyan vurduğunu söyləyib. Onlar bildirib ki, lombarda qoyulan qızıllar qanunsuz şəkildə yoxa çıxıb.

Seçilən
32
13
demokrat.az

10Mənbələr