AZ

Azərbaycanda POS-terminalların sayı 51% artıb

Banklar və “Azərpoçt” MMC-nin ödəniş xidməti şəbəkələri üzrə dinamik artım
müşahidə olunur.

Belə ki, keçən ilin avqust ayının sonu ilə müqayisədə bankomatların sayı 8.3%, POS-terminalların sayı 50.7% artıb.

119 540 ədəd Pos-terminalın 94 384 ədədi Bakıda, 57 964 ədədi isə regionlarda yerləşir. 3465 ədəd bankomatın isə 1859 ədədi Bakıda, 1606 ədədi isə regionlardadır.

2025-ci ilin avqust ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 8,172 mln. manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 7,153 mln. manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1,015 mln. manatı POS terminallar, 4 mln. manatı isə özünə xidmət terminalları və bankomatlar vasitəsilə
gerçəkləşdirilib.

Seçilən
9
2
banco.az

3Mənbələr