AZ

TDT Mərkəzi Asiyada "yaşıl" enerji dəhlizinin inkişafı üçün platformaya çevrilə bilər - Ekspert

Bakı. Trend:

Türk Dövlətləri Təşkilatı Mərkəzi Asiya ölkələrinin də daxilolduğu “yaşıl” enerji dəhlizinin inkişafı üçün effektiv platformayaçevrilmək potensialındadır.

Trend xəbər verirki, bu barədə İqtisadi İslahatların Təhlili və KommunikasiyaMərkəzi yanında Türk Dünyası Araşdırmaları Mərkəzinin rəhbəriVüsalə Cəfərova TDT- üzv dövlətlərinin beyin mərkəzlərinin Bakıdakeçirilən konfransında deyib.

Onun sözlərinə görə, dəhlizin uğurlu həyata keçirilməsi Avropaİttifaqı tərəfindən maliyyələşmə və bulud texnologiyaları sahəsindətərəfdaşlıq tələb edəcək ki, bu da Avropa və qonşu regionlarınenerji təhlükəsizliyini gücləndirməyə imkan verəcək.

Cəfərova qeyd edib ki, Azərbaycan Çin ilə əməkdaşlığıgenişləndirir və bu əməkdaşlıq çərçivəsində üç iri birgə enerjitəşəbbüsü həyata keçirilir.

“Enerji təhlükəsizliyi milli və regional sabitliyin əsashissəsidir. Diplomatiya olmadan effektiv enerji dəhlizləri yaratmaqvə enerji ixracını təmin etmək mümkün deyil”, - ekspertvurğulayıb.

Seçilən
10
az.trend.az

1Mənbələr