AZ

Qalxanabənzər vəzinin xəstəlikləri necə maskalanır? Endokrinoloq izah edir

Qalxanabənzər vəzi ilə bağlı pozğunluqlar çox vaxt başqa xəstəliklərə bənzər simptomlarla özünü göstərir və bu da diaqnostikanı çətinləşdirir.

E-saglam.az xəbər verir ki, Piroqov Universitetinin Klinik Tibb İnstitutunun Endokrinologiya kafedrasının assistenti Anna Teplova izah edir ki, vaxtında aşkar edilməyən problemlər həyati təhlükəli fəsadlara gətirib çıxara bilər.

Xəstəliklərin maskaları:

Hipotireoz tez-tez dəri, ürək, həzm sistemi və ya psixiatrik pozğunluqlar kimi təzahür edir. Məsələn, “dermatoloji maska” – dəri quruluğu, saç tökülməsi, dırnaqların kövrəkləşməsi – xəstələri dermatoloqa yönləndirir, halbuki səbəb endokrin pozğunluqdur.

Tireotoksikoz isə əksinə, iştahın artmasına baxmayaraq kəskin arıqlama, əl titrəməsi, tərləmə, əsəbilik və taxikardiya ilə müşayiət olunur. Qadınlarda menstrual dövr pozula bilər.

Risk faktorlarıYod çatışmazlığı, qadın cinsi, yaş, siqaret çəkmək və irsi meyllilik qalxanabənzər vəzinin xəstəliklərini artıran əsas səbəblərdir. Profilaktika üçün mütəxəssis rasiona dəniz məhsullarını daxil etməyi və evdə yemək bişirərkən yodlaşdırılmış duzdan istifadə etməyi tövsiyə edir.

Niyə vaxtında müayinə vacibdir?Müalicə olunmayan qalxanabənzər vəzi xəstəlikləri ciddi fəsadlara – məsələn, hipotireozda ürəkdə maye toplanması (hidroperikard), tireotoksikozda isə ürək ritm pozğunluqlarına gətirib çıxara bilər. Endokrinoloqa vaxtında müraciət və kompleks müayinə həm həyat keyfiyyətini, həm də sağlamlığı qorumağa imkan verir.

Qeyd edək ki, Hamilə və əmizdirən qadınlara yodun gündəlik dozası daha yüksək olduğundan, əlavə yod qəbulu zəruridir.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Seçilən
14
e-saglam.az

1Mənbələr