AZ

Azərbaycan və Asiya İnkişaf Bankı arasında əməkdaşlıq və gələcək tərəfdaşlıq imkanları müzakirə olunub (FOTO)

Bakı.Trend:

Sentyabrın 29-da maliyyə naziri, Asiya İnkişaf Bankının (AİB)Azərbaycan üzrə rəhbəri Sahil Babayev ölkəmizdə səfərdə olan bankınvitse-prezidenti Bharqav Dasquptanın rəhbərlik etdiyi nümayəndəheyətini qəbul edib

Trend xəbərverir ki, Nazir Sahil Babayev AİB ilə uzunmüddətli əməkdaşlığıyüksək qiymətləndirərək kreditlər, qrantlar və texniki yardımvasitəsilə həyata keçirilən birgə təşəbbüslərin ölkəmizin inkişafgündəliyinə əhəmiyyətli töhfə verdiyini bildirib. Nazir, həmçininbankın 2025–2029-cu illər Azərbaycan üzrə Ölkə TərəfdaşlıqStrategiyasının reallaşdırılmasında sıx əməkdaşlığın davametdiriləcəyinə əminliyini ifadə edib.

Cari iqtisadi vəziyyət barədə məlumat verən nazir qeyri-neftsektorunun inkişafı sahəsində əldə olunan nailiyyətləri diqqətəçatdırıb. Bakı və Abşeron yarımadasında su təchizatı vəkanalizasiya sistemlərinin yaxşılaşdırılması, Bakı Metropoliteninininfrastruktur ehtiyaclarının maliyyələşdirilməsi, dəmir yoluxətlərinin modernləşdirilməsi istiqamətində prioritetlər qeydolunub.

B.Dasqupta Azərbaycan ilə AİB arasındakı əməkdaşlığın bütünsahələrdə, o cümlədən özəl sektorun dəstəklənməsi istiqamətindədaha da möhkəmlənəcəyinə və qarşıdakı dövrdə də uzunmüddətlitərəfdaşlıq prinsipləri əsasında davam etdiriləcəyinə əminliyiniifadə edib.

Görüşdə Azərbaycan ilə AİB arasında mövcud əməkdaşlıq, özəlsektorun inkişafı, bankın bu sahəyə mümkün dəstəyi, gələcəktərəfdaşlıq imkanları və qarşılıqlı maraq doğuran məsələlərətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan
Azərbaycan
Azərbaycan
Seçilən
18
5
az.trend.az

6Mənbələr