“Real” Çempionlar Liqasının əsas mərhələsinin ikinci turunda “Kayrat”la keçirəcəyi oyun üçün Qazaxıstana gedib.
Sportinfo.az xəbər verir ki, Madrid klubu bu ölkədə böyük coşqu ilə qarşılanıb.
Yüzlərlə azarkeş küçələrdə “kral klubu”nun Almatıya gəlişini bayram kimi qeyd edib.
“Real” isə Almatıda qalacağı oteldə bütün otaqları bron edib. Buna səbəb isə orada azarkeşlərin əvvəlcədən otaq sifariş edib futbolçularla görüşməsinin qarşısını almaqdır.
“Real”ın qalacağı oteldə isə bri otağın qiyməti günlük 570 manatdan başlayır.