AZ

“Lukaşenkonun öz dünyası var, arabir Putin də ora qonaq gəlir...” Zelenski

ain.az, Azpolitika.az portalına istinadən məlumat verir.

Ukrayna Prezidenti Volodimir Zelenski Avropa ölkələri ilə birlikdə ortaq hava hücumundan müdafiə sistemi qurmağı təklif edib.

“AzPolitika” xəbər verir ki, dövlət başçısı bu barədə Varşava Təhlükəsizlik Forumuna videobağlantı vasitəsilə çıxışı zamanı danışıb.

Zelenskinin sözlərinə görə, Rusiya hərbi təyyarələrinin Polşa və Baltik ölkələrinin hava məkanına müdaxiləsi artıq kollektiv addımların zəruriliyini göstərir: “Ukrayna Polşaya və bütün tərəfdaşlarımıza rus hava təhdidlərinə qarşı tam etibarlı birgə qalxan yaratmağı təklif edir”.

Prezident bildirib ki, Ukraynanın pilotsuz uçuş aparatları və raketlərlə mübarizə təcrübəsi müttəfiqlər üçün faydalı ola bilər. Onun fikrincə, regional əməkdaşlıq həm kifayət qədər silah, həm də istehsal gücü təmin edəcək.

Zelenski əlavə edib ki, ABŞ Prezidenti Donald Trampın mövqeyi balanslıdır: o, Ukraynaya dəstək verir, eyni zamanda Vaşinqton Moskva ilə danışıqlarda vasitəçi rolunu qorumağa çalışır.

Belarus Prezidenti Aleksandr Lukaşenkonun “Rusiya Ukrayna üzrə ABŞ-ın da razılaşdığı çox yaxşı bir təklif irəli sürüb” iddiasına isə Zelenski istehzalı şəkildə cavab verib: “O, öz dünyasında yaşayır. Bəzən Vladimir Putin də o dünyaya qonaq gəlir və ikisi – iki yaşlı adam – nəsə danışırlar. Mən onların nə danışdığını şərh edə bilmərəm”.

Almaniyanın xarici işlər naziri Yohann Vadeful isə Varşavada keçirilən mətbuat konfransında bəyan edib ki, NATO-nun heç bir üzv dövləti Rusiyanın hibrid hücumları qarşısında tək buraxılmayacaq: “Rusiya bizim qətiyyətimizi sınağa çəkmək və xaos yaratmaq istəyir. Bu, təhlükəlidir və biz buna aydın və birgə cavab verməliyik”.

Rasim

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
2
azpolitika.info

1Mənbələr