AZ

İctimai nəqliyyatda qiymət dəyişməsi ilə bağlı AYNA-nın açıqlaması

Ölkənin sürətlə artan nəqliyyat tələblərini qarşılamaq, sərnişindaşıma xidmətinin davamlılığını təmin etmək və avtobus parkının yenilənməsini sürətləndirmək məqsədilə tariflərin tənzimlənməsi zəruri addım kimi qiymətləndirilir.

Hazırki tarif dəyişikliyi yalnız nağdsız ödəniş sisteminin tətbiq edildiyi və müasir standartlara cavab verən avtobusların istismar edildiyi marşrutlarda həyata keçiriləcək. Bu da nağdsız ödəmə imkanı təqdim edən müasir avtobuslar istismar edən daşıyıcıların fəaliyyətini stimullaşdırmaq məqsədi daşıyır. Müasir standartlar dedikdə elektrikli, sıxılmış təbii qazla (CNG) işləyən və 2025-ci il istehsalı olan dizel mühərrikli avtobuslar nəzərdə tutulur. Bakıda bu qayda yalnız elektrikli və CNG texnologiyası ilə işləyən avtobuslara şamil ediləcək. Dəyişiklik ilkin mərhələdə ölkə üzrə marşrut şəbəkəsinin 9%-ni, paytaxtın isə marşrut şəbəkəsinin təxminən 30%-ni (180 marşrutdan 60-nı) əhatə edəcək.

Digər marşrutlar yeniləndikcə yeni tarifə keçid edə biləcək və bu haqda ictimaiyyətə əlavə məlumat təqdim ediləcək.

Tarif dəyişikliyindən sonra 2025-ci ilin sonunadək, həmçinin növbəti illər ərzində paytaxtda hər il təxminən 400, Sumqayıt və Abşeronda 100 yeni avtobusun alınması və daşımalara cəlb edilməsi gözlənilir. Bu da avtobus parkının sürətlə yenilənməsinə və xidmət keyfiyyətinin daha da artmasına gətirəcək. Əlavə olaraq, daşıyıcıların nağdsız ödəniş sistemlərinə keçid etməsi stimullaşdırılacaq və bunun bazasında sərnişindaşımada müxtəlif tarif formalarının tətbiq edilməsi üçün texniki imkanların formalaşdırılmasına şərait yaradılacaq.

Qeyd edək ki, yenilənmə prosesi paytaxtla yanaşı Sumqayıt şəhəri ilə Abşeron rayonu ərzisini də əhatə edib və bu il 85 müasir avtobus sərnişinlərin istifadəsinə verilib. Gəncə şəhərində isə bütövlükdə avtobus parkının yenilənməsi həyata keçirilib, 280 yeni avtobus alınıb və nağdsız ödəniş sisteminin tətbiqinə başlanılıb. Naxçıvan şəhərinə 60 elektrik mühərrikli avtobus gətiriləcək. Həmçinin Laçın, Xankəndi, Cəbrayıl və Ağdam şəhərlərinin elektrikli nəqliyyat vasitələri ilə təmin olunması nəzərdə tutulub.

Bu mərhələdə tarifi artan marşrutların siyahısı:

Ölkə ərazisində tarif dəyişikliyi ilkin mərhələdə tətbiq olunan marşrutların

S İ Y A H I S I

Marşrut nömrəsi

Başlanğıc dayanacaq məntəqəsi (A)

Son dayanacaq məntəqəsi (B)

Yeni tarif (qəpik)

Bakı şəhəri üzrə:

1

"28 May" m/st (A.Puşkin küç.)

"Neftçilər" m/st (Q.Qarayev pr.)

60

2

Bakı Beynəlxalq Avtovağzal Kompleksi

"Dərnəgül" m/st (Dərnəgül küç.)

60

3

"Dərnəgül" m/st (Dərnəgül küç.)

Badamdar qəs.

60

4

Bakı Ağ şəhər yaş.sah.

Montin yaş. mas. (İ.Hidayətzadə küç.)

60

5

"N.Nərimanov" m/st (Təbriz küç.)

"20-ci Sahə" dairəsi

60

6

"Azadlıq pr." m/st (S.S.Axundov küç.)

20-ci Sahə yaş.mas. (F.Ö.Nemanzadə küç.)

60

10

Bakı Ağ şəhər yaş.sah.

Yasamal yaşayış kompleksi (MİDA)

60

11

Dəmiryol vağzalı (S.Rəhimov küç.)

İbrahim Əbilov küç.

60

13

"Koroğlu" NMM

Bakı Beynəlxalq Avtovağzal Kompleksi

60

14

"28 May" m/st (A.Puşkin küç.)

Bakı Beynəlxalq Avtovağzal Kompleksi

60

17

11 saylı məktəb (Z.Nudirəliyev küç.)

Yeni Yasamal yaş.massivi, (M.Xiyabani küç., Park.)

60

18

Nizami bağı (Ə.Cavad küç.)

9-cu mikrorayon (H.Babaşov küç)

60

20

Qaraçuxur qəsəbəsi

Tibb universiteti

60

21

"28 May" m/st (A.Puşkin küç.)

"Əhmədli" m/st (M.Hadi küç.)

60

24

11 saylı məktəb (Z.Nudirəliyev küç.)

Qaraçuxur qəs. (Neftçilər parkı)

60

30

Puşkin küç. (28 May m.st)

C.Naxçıvanski küç.

60

32

"28 May" m/st (A.Puşkin küç.)

Cəmşid Naxçıvanski küç.

60

33

28 Mall ticarət mərkəzi

"Dərnəgül" m/st (Dərnəgül küç.)

60

35

Suraxanı rayonu (mərkəz)

Ramiz Quliyev küçəsi

60

38

Tibb Universiteti (S.Vurğun küç. )

Keşlə qəs. (M.Ə.Sabir küç)

60

40

Sabunçu qəs.,Sabunçu d/st (Ə.Məmmədəliyev küç.)

Günəşli qəs. (İ.İsmayılov küç.)

60

44

Murtuza Muxtarov adına park

Neftçilər m/st

60

46

"28 May" m/st (A.Puşkin küç.)

Günəşli qəs. (Əliağa Şıxlinski küç.)

60

57

Bakıxanov qəs. (Y.Əliyev küç.)

C.Hacıəliyev küç. (zavod)

60

61

Azadlıq pr.

9-cu mkr (M.Cəlal küç.)

60

60

"Koroğlu" NMM

Polad Həşimov k.

60

62

Sabunçu qəs.,Sabunçu d/st (Ə.Məmmədəliyev küç.)

N.Tusi küç.

60

65

Azneft dairəsi (Niyazi küç.)

9-cu mkr (M.Cəlal küç.)

60

72

Köhnə Günəşli qəs.

Sədərək t/m

60

81

Köhnə Günəşli qəs. (Əliağa Şıxlinski küç.)

Qaraçuxur qəs. (Y.Eyvazov küç.)

60

88

"Dərnəgül" m/st (Dərnəgül küç.)

"20-ci Sahə" dairəsi

60

104

"H.Aslanov" m/st (M.Hadi küç.)

Yeni Suraxanı qəs. (Zeytunluq adlanan ərazi,14 İyul küç.)

60

105

Balaxanı qəs.

C.Naxçıvanski küç.

60

120

Hövsan yaş.komp.

"28 May" m/st (A.Puşkin küç.)

70

125

"28 May" m/st (A.Puşkin küç.)

Lökbatan qəs. (Nizami küç.)

70

130

"20 Yanvar" m/st (Moskva pr.)

Lökbatan qəs.

65

133

Binəqədi qəs.(A.İsfəhani küç)

"Gənclik" m/st (F.X.Xoyski küç.)

60

139

"Koroğlu" NMM

Savalan yaş. mas. (28 №-li məktəb)

65

140

Şüvəlan qəs. (Dəniz Kənarı küçə)

"Koroğlu" NMM

70

147

Məmmədli qəs.

"Azadlıq pr." m/st (S.S.Axundov küç.)

60

149

"Sahil" m/st (Z.Əliyeva küç.)

Sahil qəs.

80

150

Bilgəh q.

"Koroğlu" NMM

80

150E

"Koroğlu" NMM

Sea Breeze yaşayış kompleksi

90

163

"Koroğlu" NMM

Ramana Yeni yaşayış kompleksi

65

165

Mehdiabad qəs., Qarant yaş.,kom.

A.M.Şərifzadə küç.

60

172

"Koroğlu" NMM

Bilgəh qəs.

65

189

"Koroğlu" NMM

Nardaran qəs., Məscid (M.F.Axundov küç.)

65

205

"Nəsimi" m/st

Abşeron ticarət mərkəzi

60

211

11 saylı məktəb (Z.Nudirəliyev küç.)

Abşeron ticarət mərkəzi

65

217

Məmmədli kəndi

"Koroğlu" NMM

65

108A

"Azadlıq pr." m/st (S.S.Axundov küç.)

Fatmayı bağları

65

120E

Hövsan qəs.

"28 May" m/st

90

121E

Hövsan qəs. (Hövsan yaş,komp. MİDA)

"Əhmədli" m/st (M.Hadi küç.)

80

140E

Mərdəkan qəs.

"Koroğlu" NMM

90

141E

"Koroğlu" NMM

Xaşaxuna bağları

70

7A

Bakı Beynəlxalq Avtovağzal Kompleksi

Gəncə pr.

60

7B

"Koroğlu" NMM

Yasamal yaşayış kompleksi (MİDA)

60

88A

Azadlıq prospekti m/st

Bakı Ağ Şəhər

60

E1

Xalqlar Dostluğu m/st

Abşeron ticarət mərkəzi

80

M8

"Gənclik" m/st (Ə.Ağaoğlu küç.)

Maştağa qəs. (Abşeron küç,)

65

    

Bakı-Sumqayıt və Bakı-Abşeron marşrutları üzrə:

157

Bakı Beynəlxalq Avtovağzal Kompleksi

Sulutəpə qəs.

60

158

Xocəsən qəsəbəsi

Memar Əcəmi m.st.

60

503

Sumqayıt şəhəri

Bakı Beynəlxalq Avtovağzal Kompleksi

80

508

20 Yanvar m/st

Saray qəs.

65

    

Gəncə şəhəri üzrə:

1

Gəncə Dəmiryol vağzalı

Yeni Gəncə (28 May pr.)

60

2

Heydər Əliyev pr.-Şah İsmayıl Xətai pr.-Dədə Qorqud küç.

60

3

Yeni Gəncə (28 May pr.)

Cümhuriyyət pr.

60

4

İmamzadə türbəsi

Cümhuriyyət pr.

60

5

Yusif Məmmədəliyev küç.

Vidadi Qocayev küç.

60

6

Şıxzamanlı qəs.

Şıxzamanlı qəs.

60

7

Poçt qəs.

Şəhidlər Xiyabanı (R20 Gəncə-Daşkəsən avt. yolu.)

60

8

Zaur İsmayılov küç.

Dəmiryol deposu (Zaur İsmayılov küç.

60

9

Təbriz küç.

Kəlbəcər qaçqın şəhərciyi

60

10

Poçt qəs.

Poçt qəs.

60

11

Məhsəti qəs.(H.Verdiyev küç.)

Kəlbəcər qaçqın şəhərciyi

60

12

Gəncə Dəmiryol vağzalı.

1 nömrəli şəhər xəstəxanası

60

13

Gəncə Beynəlxalq Avtovağzalı (Şəmkir istiqamətində)

Gəncə Avtovağzalı (Yevlax istiqamətində)

60

14

Qızılqaya qəs. (Aydın Nəbiyev küç.)

N.Nərimanov küç. (Parkın ətrafı)

60

15

Mərkəzi Klinika Gəncə Xəstəxanası

Gəncə Avtovağzalı (Yevlax istiqamətində)

60

16

Məhsəti qəs. (Ələkbər bəy Xasməmmədov küç.)

Gəncə Avtovağzalı (Yevlax istiqamətində)

60

17

Mərkəzi Klinika Gəncə Xəstəxanası

İ.Kazımov küç. (Çəngəl-Bıçaq zavodu)

60

18

N.Nərimanov küç. (Parkın ətrafı)

Cavadxan qəs. (Kərim bəy Mehmandarov küç.)

60

19

Vidadi Qocayev küç.

Vidadi Qocayev küç. - Grand bazar

60

20

Ə.Xəqani küç. (Hərbi hissə)

N.Nərimanov küç. (Parkın ətrafı)

60

G1

Göygöl şəhər Mərkəzi Xəstəxanası

N.Nərimanov küç. (Parkın ətrafı)

60

G2

Göygöl Avtostansiyası

N.Nərimanov küç. (Parkın ətrafı)

60

Digər şəhər və marşrutlarda bu mərhələdə qiymət dəyişikliyi tətbiq edilməyəcək.

Seçilən
6
23
ikisahil.az

10Mənbələr