
Çin mühəndisləri yeraltı hədəfə üç nüvə zərbəsinin nəticələrini modelləşdirən və dünyada ilk dəfə laboratoriya təcrübəsini həyata keçiriblər.
Reyting.az xəbər verir ki, bu barədə "South China Morning Post" nəşri yazıb.
Bildirilir ki, Çinin yeni eksperimentinin əsas məqsədi düşmən bunkerlərinin tam məhvini təmin edəcək ən qabaqcıl hərbi texnologiyaları sınaqdan keçirmək olub.
Nəşrin yazdığına görə, bu yeni təcrübəni Çindəki Nankin Xalq Azadlıq Ordusunun Mühəndislik Universitetinin dosenti Xu Xiaohuinin rəhbərlik etdiyi mühəndislər qrupu həyata keçirib.
Oqtay QORÇU