AZ

Rövşən Musayev vəfat etdi FOTO KONKRET

Konkret.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bakı Dövlət Universitetinin (BDU) Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun Biofizika şöbəsinin aparıcı elmi işçisi Rövşən Musayev vəfat edib.

KONKRET.az xəbər verir ki, bu barədə BDU-nun Mətbuat xidmətindən bildirilib.

Rövşən Musayev 1947-ci ildə Göyçay şəhərində anadan olub. 1965-1970-ci illərdə BDU-nun Fizika fakültəsində təhsil alıb. 1975-1978-ci illərdə Rusiyanın Obninsk vilayətinin Fizika-Energetika İnstitutunun aspiranturasında təhsil alıb, 1980-ci ildə fizika-riyaziyyat elmləri namizədi elmi adına layiq görülüb.

Rövşən Musayev 1967-1973-cü illərdə AMEA-nın Fizika İnstitutunda baş laborant, laborant, mühəndis vəzifələrində çalışıb. 1981-1984-cü illərdə Ümumittifaq Atom Enerjisi Elmi-Tədqiqat Energetika İnstitutunda kiçik elmi işçi, 1984-1986-cı illərdə Ümumittifaq Ölçü Nəzarəti Cihazlarının Layihə İnstitutunda, 1986-1988-ci illərdə Moskvada Tibbi Biologiya Problemləri İnstitutunda böyük elmi işçi işləyib. 1989-1990-cı illərdə BDU-nun Yarımkeçirici fizikası elmi-tədqiqat laboratoriyasında (ETL) böyük elmi işçi kimi çalışıb. 1990-2014-cü illərdə Radiasiya və onun ətraf mühitə təsiri fakültələrarası ETL-də böyük elmi işçi və kiçik elmi işçi vəzifələrində işləyib.

2014-2019-cu illərdə BDU-nun Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun Yarımkeçirici fizikası şöbəsində, 2019-cu ildən isə Biofizika şöbəsində aparıcı elmi işçi kimi çalışırdı.

Allah rəhmət eləsin!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
12
konkret.az

10Mənbələr