Ölkənin sürətlə artan nəqliyyat tələblərini qarşılamaq, sərnişindaşıma xidmətinin davamlılığını təmin etmək və avtobus parkının yenilənməsini sürətləndirmək məqsədilə tariflərin tənzimlənməsi zəruri addım kimi qiymətləndirilir.
Bu barədə AYNA-dan məlumat verilib.
Hazırki tarif dəyişikliyi yalnız nağdsız ödəniş sisteminin tətbiq edildiyi və müasir standartlara cavab verən avtobusların istismar edildiyi marşrutlarda həyata keçiriləcək. Bu da nağdsız ödəmə imkanı təqdim edən müasir avtobuslar istismar edən daşıyıcıların fəaliyyətini stimullaşdırmaq məqsədi daşıyır. Müasir standartlar dedikdə elektrikli, sıxılmış təbii qazla (CNG) işləyən və 2025-ci il istehsalı olan dizel mühərrikli avtobuslar nəzərdə tutulur. Bakıda bu qayda yalnız elektrikli və CNG texnologiyası ilə işləyən avtobuslara şamil ediləcək. Dəyişiklik ilkin mərhələdə ölkə üzrə marşrut şəbəkəsinin 9%-ni, paytaxtın isə marşrut şəbəkəsinin təxminən 30%-ni (180 marşrutdan 60-nı) əhatə edəcək.
Digər marşrutlar yeniləndikcə yeni tarifə keçid edə biləcək və bu haqda ictimaiyyətə əlavə məlumat təqdim ediləcək.
Tarif dəyişikliyindən sonra 2025-ci ilin sonunadək, həmçinin növbəti illər ərzində paytaxtda hər il təxminən 400, Sumqayıt və Abşeronda 100 yeni avtobusun alınması və daşımalara cəlb edilməsi gözlənilir. Bu da avtobus parkının sürətlə yenilənməsinə və xidmət keyfiyyətinin daha da artmasına gətirəcək. Əlavə olaraq, daşıyıcıların nağdsız ödəniş sistemlərinə keçid etməsi stimullaşdırılacaq və bunun bazasında sərnişindaşımada müxtəlif tarif formalarının tətbiq edilməsi üçün texniki imkanların formalaşdırılmasına şərait yaradılacaq.
Qeyd edək ki, yenilənmə prosesi paytaxtla yanaşı Sumqayıt şəhəri ilə Abşeron rayonu ərzisini də əhatə edib və bu il 85 müasir avtobus sərnişinlərin istifadəsinə verilib. Gəncə şəhərində isə bütövlükdə avtobus parkının yenilənməsi həyata keçirilib, 280 yeni avtobus alınıb və nağdsız ödəniş sisteminin tətbiqinə başlanılıb. Naxçıvan şəhərinə 60 elektrik mühərrikli avtobus gətiriləcək. Həmçinin Laçın, Xankəndi, Cəbrayıl və Ağdam şəhərlərinin elektrikli nəqliyyat vasitələri ilə təmin olunması nəzərdə tutulub.
Bu mərhələdə tarifi artan marşrutların siyahısı:
Ölkə ərazisində tarif dəyişikliyi ilkin mərhələdə tətbiq olunan marşrutların
S İ Y A H I S I
Marşrut nömrəsi
Başlanğıc dayanacaq məntəqəsi (A)
Son dayanacaq məntəqəsi (B)
Yeni tarif (qəpik)
Bakı şəhəri üzrə:
1
“28 May” m/st (A.Puşkin küç.) “Neftçilər” m/st (Q.Qarayev pr.)60
2
Bakı Beynəlxalq Avtovağzal Kompleksi “Dərnəgül” m/st (Dərnəgül küç.)60
3
“Dərnəgül” m/st (Dərnəgül küç.) Badamdar qəs.60
4
Bakı Ağ şəhər yaş.sah. Montin yaş. mas. (İ.Hidayətzadə küç.)60
5
“N.Nərimanov” m/st (Təbriz küç.) “20-ci Sahə” dairəsi60
6
“Azadlıq pr.” m/st (S.S.Axundov küç.) 20-ci Sahə yaş.mas. (F.Ö.Nemanzadə küç.)60
10
Bakı Ağ şəhər yaş.sah. Yasamal yaşayış kompleksi (MİDA)60
11
Dəmiryol vağzalı (S.Rəhimov küç.) İbrahim Əbilov küç.60
13
“Koroğlu” NMM Bakı Beynəlxalq Avtovağzal Kompleksi60
14
“28 May” m/st (A.Puşkin küç.) Bakı Beynəlxalq Avtovağzal Kompleksi60
17
11 saylı məktəb (Z.Nudirəliyev küç.) Yeni Yasamal yaş.massivi, (M.Xiyabani küç., Park.)60
18
Nizami bağı (Ə.Cavad küç.) 9-cu mikrorayon (H.Babaşov küç)60
20
Qaraçuxur qəsəbəsi Tibb universiteti60
21
“28 May” m/st (A.Puşkin küç.) “Əhmədli” m/st (M.Hadi küç.)60
24
11 saylı məktəb (Z.Nudirəliyev küç.) Qaraçuxur qəs. (Neftçilər parkı)60
30
Puşkin küç. (28 May m.st) C.Naxçıvanski küç.60
32
“28 May” m/st (A.Puşkin küç.) Cəmşid Naxçıvanski küç.60
33
28 Mall ticarət mərkəzi “Dərnəgül” m/st (Dərnəgül küç.)60
35
Suraxanı rayonu (mərkəz) Ramiz Quliyev küçəsi60
38
Tibb Universiteti (S.Vurğun küç. ) Keşlə qəs. (M.Ə.Sabir küç)60
40
Sabunçu qəs.,Sabunçu d/st (Ə.Məmmədəliyev küç.) Günəşli qəs. (İ.İsmayılov küç.)60
44
Murtuza Muxtarov adına park Neftçilər m/st60
46
“28 May” m/st (A.Puşkin küç.) Günəşli qəs. (Əliağa Şıxlinski küç.)60
57
Bakıxanov qəs. (Y.Əliyev küç.) C.Hacıəliyev küç. (zavod)60
61
Azadlıq pr. 9-cu mkr (M.Cəlal küç.)60
60
“Koroğlu” NMM Polad Həşimov k.60
62
Sabunçu qəs.,Sabunçu d/st (Ə.Məmmədəliyev küç.) N.Tusi küç.60
65
Azneft dairəsi (Niyazi küç.) 9-cu mkr (M.Cəlal küç.)60
72
Köhnə Günəşli qəs. Sədərək t/m60
81
Köhnə Günəşli qəs. (Əliağa Şıxlinski küç.) Qaraçuxur qəs. (Y.Eyvazov küç.)60
88
“Dərnəgül” m/st (Dərnəgül küç.) “20-ci Sahə” dairəsi60
104
“H.Aslanov” m/st (M.Hadi küç.) Yeni Suraxanı qəs. (Zeytunluq adlanan ərazi,14 İyul küç.)60
105
Balaxanı qəs. C.Naxçıvanski küç.60
120
Hövsan yaş.komp. “28 May” m/st (A.Puşkin küç.)70
125
“28 May” m/st (A.Puşkin küç.) Lökbatan qəs. (Nizami küç.)70
130
“20 Yanvar” m/st (Moskva pr.) Lökbatan qəs.65
133
Binəqədi qəs.(A.İsfəhani küç) “Gənclik” m/st (F.X.Xoyski küç.)60
139
“Koroğlu” NMM Savalan yaş. mas. (28 №-li məktəb)65
140
Şüvəlan qəs. (Dəniz Kənarı küçə) “Koroğlu” NMM70
147
Məmmədli qəs. “Azadlıq pr.” m/st (S.S.Axundov küç.)60
149
“Sahil” m/st (Z.Əliyeva küç.) Sahil qəs.80
150
Bilgəh q. “Koroğlu” NMM80
150E
“Koroğlu” NMM Sea Breeze yaşayış kompleksi90
163
“Koroğlu” NMM Ramana Yeni yaşayış kompleksi65
165
Mehdiabad qəs., Qarant yaş.,kom. A.M.Şərifzadə küç.60
172
“Koroğlu” NMM Bilgəh qəs.65
189
“Koroğlu” NMM Nardaran qəs., Məscid (M.F.Axundov küç.)65
205
“Nəsimi” m/st Abşeron ticarət mərkəzi60
211
11 saylı məktəb (Z.Nudirəliyev küç.) Abşeron ticarət mərkəzi65
217
Məmmədli kəndi “Koroğlu” NMM65
108A
“Azadlıq pr.” m/st (S.S.Axundov küç.) Fatmayı bağları65
120E
Hövsan qəs. “28 May” m/st90
121E
Hövsan qəs. (Hövsan yaş,komp. MİDA) “Əhmədli” m/st (M.Hadi küç.)80
140E
Mərdəkan qəs. “Koroğlu” NMM90
141E
“Koroğlu” NMM Xaşaxuna bağları70
7A
Bakı Beynəlxalq Avtovağzal Kompleksi Gəncə pr.60
7B
“Koroğlu” NMM Yasamal yaşayış kompleksi (MİDA)60
88A
Azadlıq prospekti m/st Bakı Ağ Şəhər60
E1
Xalqlar Dostluğu m/st Abşeron ticarət mərkəzi80
M8
“Gənclik” m/st (Ə.Ağaoğlu küç.) Maştağa qəs. (Abşeron küç,)65
Bakı-Sumqayıt və Bakı-Abşeron marşrutları üzrə:
157
Bakı Beynəlxalq Avtovağzal Kompleksi Sulutəpə qəs.60
158
Xocəsən qəsəbəsi Memar Əcəmi m.st.60
503
Sumqayıt şəhəri Bakı Beynəlxalq Avtovağzal Kompleksi80
508
20 Yanvar m/st Saray qəs.65
Gəncə şəhəri üzrə:
1
Gəncə Dəmiryol vağzalı
Yeni Gəncə (28 May pr.)
60
2
Heydər Əliyev pr.-Şah İsmayıl Xətai pr.-Dədə Qorqud küç.
60
3
Yeni Gəncə (28 May pr.)
Cümhuriyyət pr.
60
4
İmamzadə türbəsi
Cümhuriyyət pr.
60
5
Yusif Məmmədəliyev küç.
Vidadi Qocayev küç.
60
6
Şıxzamanlı qəs.
Şıxzamanlı qəs.
60
7
Poçt qəs.
Şəhidlər Xiyabanı (R20 Gəncə-Daşkəsən avt. yolu.)
60
8
Zaur İsmayılov küç.
Dəmiryol deposu (Zaur İsmayılov küç.
60
9
Təbriz küç.
Kəlbəcər qaçqın şəhərciyi
60
10
Poçt qəs.
Poçt qəs.
60
11
Məhsəti qəs.(H.Verdiyev küç.)
Kəlbəcər qaçqın şəhərciyi
60
12
Gəncə Dəmiryol vağzalı.
1 nömrəli şəhər xəstəxanası
60
13
Gəncə Beynəlxalq Avtovağzalı (Şəmkir istiqamətində)
Gəncə Avtovağzalı (Yevlax istiqamətində)
60
14
Qızılqaya qəs. (Aydın Nəbiyev küç.)
N.Nərimanov küç. (Parkın ətrafı)
60
15
Mərkəzi Klinika Gəncə Xəstəxanası
Gəncə Avtovağzalı (Yevlax istiqamətində)
60
16
Məhsəti qəs. (Ələkbər bəy Xasməmmədov küç.)
Gəncə Avtovağzalı (Yevlax istiqamətində)
60
17
Mərkəzi Klinika Gəncə Xəstəxanası
İ.Kazımov küç. (Çəngəl-Bıçaq zavodu)
60
18
N.Nərimanov küç. (Parkın ətrafı)
Cavadxan qəs. (Kərim bəy Mehmandarov küç.)
60
19
Vidadi Qocayev küç.
Vidadi Qocayev küç. – Grand bazar
60
20
Ə.Xəqani küç. (Hərbi hissə)
N.Nərimanov küç. (Parkın ətrafı)
60
G1
Göygöl şəhər Mərkəzi Xəstəxanası
N.Nərimanov küç. (Parkın ətrafı)
60
G2
Göygöl Avtostansiyası
N.Nərimanov küç. (Parkın ətrafı)
60
Mənbə Modern.az