AZ

Gözübüyükün idarə etdiyi oyunda Bakı təmsilçisi uduzmayıb

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 1-ci turunda "Benfika"nı səfərdə məğlub edən (3:2) "Qarabağ" qitənin ən mötəbər klub turnirində növbəti matçını evdə oktyabrın 1-də, Tofiq Bəhramov adına Respublika stadionunda "Kopenhagen"ə qarşı keçirəcək. Oyunu Niderlanddan olan FİFA referisi Serdar Gözübüyük idarə edəcək. Bu, türk əsilli ədalət təmsilçisinin Azərbaycana ilk səfəri deyil.

Fanat.Az-ın məlumatına görə, "Qarabağ" - "Kopenhagen" duelində fit çalacaq baş hakim daha öncə UEFA Avropa Liqasının 3-cü təsnifat mərhələsinin cavab qarşılaşmaları çərçivəsində tarixin yaddaşına qovuşan matçda öz funksiyasını yerinə yetirmək üçün ölkəmizin paytaxtına təşrif buyurub.

O, "İnter"lə (indiki "Şamaxı")  "Atletik" (Bilbao, İspaniya) arasında "Şəfa" stadionunda (indiki ASK Arena) keçirilən və 0:0 hesabı ilə bitən görüşdə tər töküb. Yekunda Bilbaodakı 1-ci matçda 2:0 hesablı qələbə qazanmış "basklar" pley-offa yüksəlsələr də, 2012-ci ildən beynəlxalq oyunlara təyinat Gözübüyük yüksək səviyyəli idarəçiliklə yadda qalıb.

Xatırladaq ki, "Qarabağ" - "Kopenhagen" oyununun start fiti 20:45-də səsləndiriləcək.

Nihat

Seçilən
18
1
fanat.az

2Mənbələr