AZ

İddia yayıldı: Rayonlarda 200 illik məzar daşları oğurlanır Səbəbi heyrətləndirdi

ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Son vaxtlar müxtəlif rayonlardan narahatedici iddialar səslənir. Bildirilir ki, yaşı 100-200 olan qədim məzar daşları oğurlanır və ya yoxa çıxır.

Bu, reallıq ola bilərmi? Ümumiyyətlə, məzar daşlarını oğurlamaqda məqsəd nədir? Ən əsası tarixi-mədəni irsimizin bir hissəsi sayılan bu abidələr necə qorunmalıdır?

Globalinfo.az-a danışan tarixçi alim Zaur Əliyev deyib ki, qədimdə məzar daşları əsasən dəfn olunan şəxsin həyatda, cəmiyyətdə tutduğu mövqeyindən asılı olaraq müxtəlif forma və məzmunda bəzədilirdi:

“Bu məzar daşları üzərində böyük məharətlə oyulmuş həndəsi, nəbati ornamentlərlə yanaşı, insan, heyvan, quş fiqurlarına, hətta əsl mənada süjet xarakteri daşıyan müxtəlif kompozisiyalara rast gəlirik. Ümumiyyətlə, bu məzar daşları xalqımızın qədim tarixindən xəbər verən, ən dəqiq məlumatları özündə əks etdirən orijinal mənbələrdir. Orta əsr tariximizin, ədəbiyyatımızın, təsviri incəsənətimizin və mədəniyyətimizin araşdırılmasında da qeyd etdiyimiz bu kitabələr aparıcı rol oynayır”.

Zaur Əliyev

Zaur Əliyevin sözlərinə görə, Azərbaycan tarixinin öyrənilməsində məzar daşlarının mühüm yeri var:

“Xalq bir çox əhvalatları daş lövhələrə yazmaqla, abidələrin üzərində kitabələr həkk etməklə, bir sıra ictimai-iqtisadi problemlərə, mədəniyyət tarixinə aid çox zəngin və qiymətli salnamələr qoyub gediblər. Belə qəbir daşlarının və abidələrin oğurlanması, adətən onları xaricə satmaq və ya ticarətdə istifadə etmək məqsədilə baş verir”.

Zaira Akifqızı

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
globalinfo.az

1Mənbələr