AZ

Avtobus və metroda gedişhaqqının bahalaşmasına REAKSİYA: Ən çox kimlərə təsir edəcək?

Azərbaycanda ictimai nəqliyyatda gedişhaqqı bahalaşıb. Artıq metro və avtobuslarda bir gediş 60 qəpik təşkil edir. Qiymət dəyişikliyi cəmiyyətdə birmənalı qarşılanmasa da, ekspert bunun həm vətəndaşların gündəlik xərclərinə, həm də nəqliyyat xidmətlərinin keyfiyyətinə təsir göstərəcəyini bildirir.

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev bildirib ki, qiymət artımı ilk növbədə aztəminatlı ailələrə təsir göstərəcək:

Yasin

“Qalxan rəqəm böyük olmasa da, elə vətəndaş var ki, bu, onun büdcəsinə təsir edəcək. Digər tərəfdən, qiymət artımı ümumi nəqliyyatda xidmət səviyyəsinin yüksəldilməsinə, keyfiyyətin artırılmasına müsbət təsir edəcək. Yəqin ki, gələcəkdə bu vəsait hesabına yeni avtobusların alınması, həmçinin metrostansiyaların tikilməsi mümkün olacaq”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Seçilən
25
konkret.az

1Mənbələr