Moldovada parlament seçkilərində "Hərəkat və Həmrəylik" Partiyası (PAS) 50,2 % səs toplayıb...
"Report"un məlumatına görə, bu, ölkə MSK-nın 100 % protokolların hesablanması nəticələrinə əsaslanır.
Qeyd edək ki, partiya ölkənin hazırkı prezidenti Maya Sandu tərəfindən təsis edilib.
İkinci yerdə 24,17 % səslə "Vətənpərvər blok" qərarlaşıb. Müxalifət partiyaları ümumilikdə 49,8 % səs toplayıb.
28 sentyabrda keçirilən seçkilərdə iştirak səviyyəsi 52 %-i keçib.
Poliqon.info