AZ

Azərbaycanda bankların "yaşıl layihələr"ə ayırdığı kredit həcmi açıqlanıb

Bakı. Trend:

Azərbaycanda banklar indiyədək "yaşıl layihələr" üçün 300 milyonmanat kredit ayırıblar.

Trend xəbərverir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoruŞahin Mahmudzadə Bakı İqlim Fəaliyyəti Həftəsində (BCAW2025) çıxışızamanı məlumat verib.

O əvvəlcə xatırladıb ki, bank sektoru 2030-cu ilə qədər 2milyard manatlıq könüllü öhdəlik götürüb və bu, COP29 tədbirindəelan edilib: "Bu öhdəlik Azərbaycan üzrə yaşıl keçid layihələrinidəstəkləyir və bankların bərpa olunan enerji, dayanıqlıinfrastruktur və digər layihələrə vəsait ayırmaq niyyətini nümayişetdirir. Ən son məlumatlara görə, elanından sonra yerli banklartəxminən 13,000 kredit, yəni təxminən 300 milyon manatayırıblar".

"Nəticə olaraq, yaşıl keçid mürəkkəb və uzunmüddətli biryolculuqdur, lakin bu gün yaratdığımız dinamika uzunmüddətli təsirgöstərəcək. İnanıram ki, bu tədbir və həyata keçirilən təşəbbüsləriqlim maliyyəsinin sürətləndirilməsi və daha yaşıl, firavanAzərbaycan yaratmaq üçün katalizator olacaq", - baş direktorvurğulayıb.

Məqalədə:
Seçilən
24
1
az.trend.az

2Mənbələr