Bu fikirləri politoloq İlyas Hüseynov Olaylar.az-a açıqlamasında söyləyib:
" Lakin Azərbaycan üçün de-fakto ilə yanaşı, de-yure sülhün imzalanması da önəmlidir və bunun üçün Ermənistan Konstitusiyası dəyişdirilməli, Azərbaycana qarşı ərazi iddialarına bir dəfəlik son qoyulmalıdır. Digər tərəfdən, kənar geosiyasi mərkəzlər də Ermənistana təsir edir və burada Rusiyanın kilsə vasitəsilə Nikol Paşinyanın hakimiyyətini devirmək niyyəti açıq-aşkar şəkildə özünü göstərir. Məhz buna görə Ermənistanın baş naziri Katolikosun istefası tələbini irəli sürür. Konstitusiya dəyişiklikləri kontekstində həm də dünyəvi dövlətçilik modelini gücləndirmək niyyətindədir. Və şübhəsiz ki, kilsənin dövlətə çox güclü təsiri vardır. Hətta bir sıra hallarda Ermənistan kilsəsini dövlət üçün də dövlət kimi qələmə verirlər və bu xüsusda fəaliyyətlərini gücləndirirlər. Mənə elə gəlir ki, Azərbaycanla sülh müqaviləsinin imzalanması Nikol Paşinyanın beynəlxalq aləmdə də, daxili auditoriyada da nüfuzunun daha da möhkəmlənməsinə gətirib çıxaracaqdır. Və yaxşı olardı ki, Rusiya ilə təmaslarla öz hakimiyyətini qurmaq haqqında düşünən Paşinyan daha çox Azərbaycanla sülh ilə bağlı irəli sürülən tələblərin reallaşdırılması üzərində fəaliyyətini cəmləşdirsin".
Zeynəb Mustafazadə