"Barselona" gənc futbolçusu Mark Bernalın müqavilə müddətini uzadıb.
Offsideplus.az xəbər verir ki, 18 yaşlı yarımmüdafiəçinin sözləşməsi 2029-cu ilin yayına qədər artırılıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bernal 2 mövsümdür əsas komanda çıxış edir. O, ötən mövsümün əvvəllərində ağır zədə almışdı.
Buna görə o, 1 ildən çox meydanlardan uzaq qalıb.