Müğənni Elçin Cəfərov isə "Yaxşı adamlar dünyadan tez köçür. Cabir Allah sənə rəhmət eləsin!", - qeydini edib.
Ajans.az xəbər verir ki, aktyorun ölümü bağlı məşhurlar sosial media hesablarında paylaşımlar ediblər. Əməkdar artist Abbas Bağırov mərhum aktyorla şəkillərinə "Kaş bu xəbər doru olmayardı. Cabir, Allah sənə rəhmət eləsin. Sən yaxşı insan, yaxşı dost idin" deyə yazıb. Xalq artisti Alim Qasımov C.İmanovla fotolarını yayımlayaraq bunları yazıb: "Hər kəsin üzündə gülüş yaradan qəlbi gözəl sənətkar Cabir qardaşımız, çox tez köçdün bu dünyadan. Allah sənə rəhmət eləsin, nurlar içində yat. Qəlbimizdə səhnəmizdə hər zaman yerin görsənəcək...". Müğənni Eyyub Yaqubov da C. İmanovun fotosunu yayımlayaraq, "Allah rəhmət eləsin mənim əziz qardaşım", sözünü yazıb. Aparıcı Leyla Quliyeva "Bu, sənin ən pis zarafatın oldu, Cabir" deyə, paylaşımında bildirib.