AZ

III MDB Oyunlarında təhlükəsizlik yüksək səviyyədə təmin olunur – FOTO/VİDEO 

Gəncə, Yevlax, Şəki, Qəbələ və digər bölgələrdə keçirilən III MDB Oyunları çərçivəsində təhlükəsizlik tədbirləri tam şəkildə təmin edilir.

Doğru.az xəbər verir ki, yarışların keçirildiyi ərazilərdə polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları ictimai qaydanın qorunması, insanların təhlükəsizliyinin təmin edilməsi və mümkün neqativ halların qarşısının alınması məqsədilə fasiləsiz rejimdə xidmət aparırlar.

Tədbirlər çərçivəsində oyun məkanlarına giriş-çıxışlar ciddi nəzarətdə saxlanılır, azarkeşlərin, qonaqların, xidmət personalı və media nümayəndələrinin təhlükəsiz şəkildə əraziyə daxil olması üçün bütün şərait yaradılır. Həmçinin ictimai və digər nəqliyyat vasitələrinin maneəsiz hərəkəti təmin olunur.

DİN əməkdaşları tərəfindən yüksək təhlükəsizlik şəraitində qonaqpərvərlik mühiti davam etdirilir.

DOĞRU.AZ

image-img-20250929-wa0151 image-img-20250929-wa0153 image-img-20250929-wa0157 image-img-20250929-wa0159 image-img-20250929-wa0163 image-img-20250929-wa0162 image-img-20250929-wa0161

Seçilən
16
2
dogru.az

10Mənbələr