AZ

Mağazadan aldığınız bu suların qablarına fikir verin KONKRET

ain.az, Konkret.az saytına istinadən bildirir.

Son dövrlərdə içməli suyun keyfiyyətsiz plastik butulkalarda qablaşdırılması ilə bağlı narahatlıqlar artır. Bəs, keyfiyyətsiz su butulkalarının istehsalında hansı materiallardan istifadə olunur?

Qida məsələləri üzrə ekspert Asim Vəliyev KONKRET.az-a açıqlamasında bildirib ki, ucuz və standartlara cavab verməyən materiallardan hazırlanan qablaşdırma insan sağlamlığına və ətraf mühitə zərər vurur.

İçməli su qablaşdırmasında əsasən PET (polietilen tereftalat) tipli plastikdən istifadə olunur və bu material birdəfəlik istifadəyə nəzərdə tutulub. Lakin bəzi istehsalçılar təkrar emal edilmiş, çirkli və keyfiyyətsiz plastik qarışıqlardan istifadə edirlər. Belə hallarda butulkaların tərkibində bisfenol A (BPA), ftalatlar, formaldehid və digər toksiki maddələr ola bilər.

Bu kimyəvi birləşmələr isti şəraitdə və uzun müddət saxlanıldıqda suya keçir. Onların davamlı qəbul edilməsi endokrin pozuntulara, qaraciyər və böyrək funksiyasının zəifləməsinə səbəb olur. Uşaqlar və hamilə qadınlar isə xüsusi risk qrupuna daxildir,” – deyə ekspert vurğulayıb.

O, əlavə edib ki, beynəlxalq araşdırmalar ucuz plastikdəki kimyəvi qarışıqların uzunmüddətli istifadədə xərçəng riskini artırdığını göstərir.

“Bundan başqa, keyfiyyətsiz butulkalar suyun dadını dəyişir, plastik qoxusu yaradır və səthində əmələ gələn mikroçatların nəticəsində mikroskopik plastik hissəcikləri suya qarışaraq insan orqanizminə daxil olur.

Sağlamlıq üçün daha təhlükəsiz alternativlər qida keyfiyyətli şüşə qablar, paslanmayan poladdan hazırlanmış termolar və ya BPA-sız sertifikatlı plastik qablar hesab olunur.

Birdəfəlik PET butulkalar yalnız bir dəfə istifadə olunmalıdır. Onların təkrar doldurulması və uzun müddət istifadəsi sağlamlıq üçün ciddi təhlükə yaradır”.

Aynurə İsmayıl

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
3
1
konkret.az

2Mənbələr