AZ

Azərbaycan bankları yaşıl iqtisadiyyata keçidlə bağlı 300 milyon manat kredit verib

Azərbaycan bank sektoru 2030-cu ilə qədər yaşıl iqtisadiyyata keçidlə bağlı 2 milyard manat dəyərində könüllü öhdəlik götürüb və bu, COP29 zamanı açıqlanıb.

Operativ Media xəbər verir ki, bunu Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW2025) çərçivəsində keçirilən "Yaşıl Maliyyə və Davamlı İnvestisiyalar: İqlim Həllərinin Açılması" mövzusunda sessiyada Azərbaycan Mərkəzi Bankının baş direktoru Şahin Mahmudzadə deyib.

Şahin Mahmudzadə bildirib ki, son statistikaya görə, bu fəaliyyətlə bağlı yerli banklar təxminən 13 min ədəd kredit verib, həcmi isə 300 milyon manat olub.

Nəticə olaraq, yaşıl iqtisadiyyata keçid mürəkkəb və uzunmüddətli bir yoldur. Amma bu gün yaratdığımız dinamika uzunmüddətli təsir göstərəcək”, - deyə o əlavə edib.

Seçilən
9
8
operativmedia.az

9Mənbələr