Azərbaycanın daha bir təmsilçisi III MDB Oyunlarında medal qazanıb.
Axar.az xəbər verir ki, samboçu Abdullətif Musayev (53 kq) qızıl mükafata sahib çıxıb.
O, finalda özbəkistanlı Gamzat Maksetbayevi məğlub edib.
Bu, Azərbaycanın turnirdə ilk qızıl medalıdır.