AZ

III MDB Oyunları: Azərbaycan samboçusu qızıl medal qazandı

BAKI, 29 sentyabr. TELEQRAF

Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında sambo yarışlarının final görüşlərinə start verilib.

Teleqraf xəbər verir ki, Göygöl Olimpiya İdman Kompleksində təşkil olunan yarışların finalında təmsilçimiz Abdullətif Musayev (53 kiloqram) Özbəkistan samboçusu Qamzat Maksetbayevlə qarşılaşıb. Görüş idmançımızın qələbəsi ilə yekunlaşıb. Bu, Azərbaycanın III MDB Oyunlarında qazandığı ikinci qızıl medal olub.

Bu gün daha dörd samboçumuz finalda çıxış edəcək.

Seçilən
25
17
teleqraf.com

10Mənbələr