AZ

La Liqa nəhəngində yeni müqavilə – RƏSMİ

“Barselona”da yeni müqavilə qeydə alınıb.

Msport.az xəbər verir ki, Mark Bernalın sözləşməsi uzadılıb.

Bu barədə İspaniya klubunun mətbuat xidməti məlumat yayıb. 17 yaşlı yarımmüdafiəçi ilə 2029-cu ilin yayına kimi müqavilə imzalanıb.

Qeyd edək ki, Mark Bernal “Barselona”nın yetirməsidir. O, bu mövsüm Kataloniya təmsilçisinin heyətində 2 rəsmi matçda 1 qol ötürməsi edib.

Seçilən
7
1
msport.az

2Mənbələr