AZ

Moldovada parlament seçkilərində Maya Sandunun Avropayönlü partiyası qalib gəlib  

İlkin nəticələrə görə, Prezident Maia Sandunun Avropayönlü "Fəaliyyət və Həmrəylik "Partiyası, Moldova parlamentində yerlərin mütləq əksəriyyətini qazanıb. Rusiyayönlü müxalifət yenə uduzub.

Səslərin 100 faizi hesablandıqdan sonra "Fəaliyyət və Həmrəylik" Partiyası (PAS) 50,2 səslə səslə parlamentdəki 101 yerdən 55-ni qazanıb. Digər Avropayönlü siyasi təşkilat "Alternativ" blok isə  8 yerə yiyələnib.

Seçki Komissiyasının məlumatına əsasən, Rusiyayönlü "Vətənpərvərlər bloku" 24,17 faiz səs toplayıb və müvafiq olaraq parlamentdə 26 yer qazanıb.

"Vətənpərvərlər bloku"na keçmiş prezident İqor Dodonun rəhbərlik etdiyi Sosialist Partiyası, digər sabiq prezident Vladimir Voroninin rəhbərlik etdiyi Kommunist Partiyası və keçmiş baş nazir (2001-2008) Vasile Tarlevin rəhbərlik etdiyi "Moldovanın Gələcəyi" Partiyası daxildir.

Bu üç siyasi qüvvədən başqa daha iki partiya  parlamentə daxil olur: Moldovanın Rumıniyaya birləşməsini müdafiə edən milli mühafizəkar Vasile Kostyukun rəhbərlik etdiyi “Vətəndə demokratiya” və populist Renato Usatının rəhbərlik etdiyi “Bizim partiya”.

Moldova Prezidenti Maya Sandu bazar ertəsi mətbuat konfransında  bildirib ki, "parlament seçkilərinin nəticələri ölkənin Avropa İttifaqına inteqrasiyasına güclü dəstək göstərib. Seçkilərin nəticələri bir partiyanın deyil, ölkənin qələbəsidir. Mən şadam ki, bizim Aİ-yə gedən yolumuz zəmanətlidir... Mən moldovalıların Moldova ilə bağlı öz qərarlarını vermələrini çox istəyirdim. Mən Moldovanın azad və demokratik ölkə olmasını istəyirəm".

Seçkilər partiya siyahıları ilə keçirilib; baryeri keçmək üçün partiya ən azı 5 faiz, blok isə ən azı 7 faiz səs toplamalı idi.

Kampaniya iqtidarla müxalifət arasında qalmaqallar və qarşılıqlı saxtakarlıq ittihamları ilə müşayiət olunub. Seçki gününə az qalmış kütləvi iğtişaşlar təşkil etmiş onlarla insan saxlanılıb.

Rizvan HİLALOĞLU,

"Azərbaycan"

Seçilən
22
azerbaijan-news.az

1Mənbələr