AZ

Putin 135 min nəfəri orduya çağırdı – 18-30 yaşlı şəxslərlə bağlı fərman verildi

Rusiya Prezidenti Vladimir Putin müddətli həqiqi hərbi xidmətə çağırışçıların payızda hərbi xidmətə çağırılması haqqında fərman imzalayıb.

Ulusal.az xəbər verir ki, bu fərmana əsasən, 18-30 yaşlı 135 min nəfər hərbi xidmətə çağırılacaq.

Sentyabrın 24-də Rusiya Dövlət Duması gələn il yanvarın 1-dən qüvvəyə minməsi gözlənilən, ilboyu hərbi xidmət haqqında qanun layihəsini birinci oxunuşda qəbul edib. Bu qanuna əsasən, vətəndaşlar ildə iki dəfə – aprelin 1-dən iyulun 15-dək və oktyabrın 1-dən dekabrın 31-dək davam edən müddətlərdə, həmçinin yanvarın 1-dən dekabrın 31-dək istənilən vaxt həqiqi hərbi xidmətə çağırıla bilərlər.

Artıq hərbi komissarlıqlar ilboyu çağırışçıların tibbi və psixoloji müayinəsini həyata keçirə, həmçinin çağırış komissiyalarının mütəmadi iclaslarını təşkil edə biləcəklər.

Seçilən
9
1
moderator.az

2Mənbələr