AZ

Hərbi Prokurorluğun rəhbər şəxsləri hospitalları ziyarət etdi Foto

Qafqazinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Sentyabrın 29-da 1 oktyabr-Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü ərəfəsində Hərbi Prokurorluğun rəhbər vəzifəli şəxsləri aidiyyəti hərbi qurumların yüksək rütbəli hərbi qulluqçuları ilə birlikdə Silahlı Qüvvələrin hospitallarında müalicə olunan hərbçilərə baş çəkiblər.

“Qafqazinfo” xəbər verir ki, ziyarətçilər Baş Prokurorluğun, o cümlədən Hərbi prokurorluğun rəhbərliyinin salamlarını çatdırıb. Onllar müalicə olunan hərbi qulluqçuların səhhəti ilə maraqlanıb, tezliklə sağlamlıqlarına qovuşaraq xidmət yerlərinə qayıtmalarını arzulayıblar.

Ziyarət əsnasında ölkə başçısının rəhbərliyi ilə dövlətimizin əldə etdiyi uğurlardan, o cümlədən qüdrətli Silahlı Qüvvələrimizin formalaşmasından, Vətən müharibəsində əldə olunan möhtəşəm qələbədən, eləcə də hərbçilərə göstərilən yüksək diqqət qayğıdan bəhs edilib.

Ardınca, hərbi qulluqçulara hədiyyələr təqdim edilib.

Hospitalların kollektivi və orada müalicə olunan hərbi qulluqçular yaradılan şəraitə, həmçinin göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını ifadə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
8
2
qafqazinfo.az

3Mənbələr