HƏMAS Böyük Britaniyanın keçmiş baş naziri Toni Bleyeri “persona non-qrata” elan edib.
Publika.az xəbər verir ki, bu barədə HƏMAS-ın milli əlaqələr bürosunun rəhbəri Husam Bedran bəyanat yayıb.
Bedran Bleyeri xüsusilə 2003-2011-ci illər arasında İraq müharibəsində oynadığı rola görə tənqid edib: "O, törətdiyi cinayətlərə görə beynəlxalq məhkəmələr qarşısında olmalıdır".
Keçmiş baş naziri "Şeytanın qardaşı" olaraq xarakterizə edən Bedran, Bleyerin Fələstin məsələsinə, ərəblərə və müsəlmanlara heç bir fayda vermədiyini bildirib.