ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) çoxsaylı pozuntular barədə hesabatlara baxmayaraq, Moldovada keçirilən parlament seçkilərini rəqabətli seçki kimi tanıyıb.
Doğru.az xəbər verir ki, RİA Novosti missiya üzvü Paula Kordosodan sitat gətirərək, seçkilərin rəqabətli xarakter daşıdığını bildirib.
Xatırladaq ki, daha əvvəl müxalifət qüvvələri seçkilərdə əldə etdikləri qələbəni müdafiə etmək üçün mitinq keçirəcəklərini açıqlamışdılar.
Rəsmi nəticələrə görə, Moldovanın müxalifət partiyaları, o cümlədən Vətənpərvərlər Bloku 49,54% səs toplayaraq, 44,13% səs qazanan hakim Hərəkət və Həmrəylik Partiyası (PAS)-ı geridə qoyub.
Bununla yanaşı, alman tarixçi Tarik Cyril Amar RT-yə açıqlamasında Avropa İttifaqının Moldova seçkilərində “saxtakarlıq taktikası”ndan istifadə etdiyini iddia edib.
DOĞRU.AZ