AZ

“Trampın yolu” ilə bağlı müzakirələrə başlanıb - Paşinyan

Bu yaxınlarda Amerika nümayəndə heyəti Ermənistanda olub və artıq müzakirələr başlayıb və bu müzakirələr davam edəcək.

Yenisabah.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Strasburqda erməni jurnalistlər üçün keçirdiyi brifinqdə “Tramp yolu” haqda danışarkən deyib.

O bildirib: "Hazırda konkret razılaşmalar yoxdur. Təbii ki, məncə problem həm də ondan ibarətdir ki, Tramp administrasiyasının açıq şəkildə çox geniş qlobal gündəliyi var, lakin əmin olun ki, bu qlobal gündəm çərçivəsində "Tramp yolu" ABŞ, ölkəmizin və beynəlxalq ictimaiyyətin diqqət mərkəzində qalır. Böyük maraq var, bu proseslər yavaş, lakin fasiləsiz işləyirik”. Dominos pizza

Xatırladaq ki, ötən həftə Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev Ermənistanda “Trampın yolu” ilə bağlı işlərə başlandığını açıqlamışdı.


Telegram kanalımız
Seçilən
10
yenisabah.az

1Mənbələr