1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Azərbaycan bankları indiyədək yaşıl iqtisadiyyata keçidlə bağlı 300 milyon manat həcmində kredit verib."
Oxu.Az "Report"a istinadla xəbər verir ki, bunu III Bakı İqlim Fəaliyyəti Həftəsinin (BCAW2025) açılış günündə Mərkəzi Bankın baş direktoru Şahin Mahmudzadə deyib.
O bildirib ki, Azərbaycan bank sektoru 2030-cu ilə qədər yaşıl iqtisadiyyata keçidlə bağlı 2 milyard manat dəyərində könüllü öhdəlik götürüb:
"Bu, COP29 zamanı açıqlanıb. Son statistikaya görə, bu fəaliyyətlə bağlı yerli banklar təxminən 13 min ədəd kredit verib, həcmi isə 300 milyon manat olub".
Onun sözlərinə görə, nəticə olaraq, yaşıl keçid mürəkkəb və uzunmüddətli bir yoldur:
"Amma bu gün yaratdığımız dinamika uzunmüddətli təsir göstərəcək".