AZ

Dövlət Komitəsinin sədri Cəlilabad şəhərində məscidləri ziyarət edib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov sentyabrın 29-da Cəlilabad şəhərindəki “Cümə” və “İmam Hüseyn” məscidlərinin fəaliyyəti ilə tanış olub.

XQ xəbər verir ki, din xadimləri ilə görüş zamanı Ramin Məmmədov Azərbaycanda dinə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan bəhs edib. O, Ümummilli Lider Heydər Əliyevin dövlət-din münasibətlərinin formalaşmasında və sağlam əsaslar üzərində qurulmasında müstəsna rol oynadığını vurğulayıb. Komitə sədri qeyd edib ki, bu siyasi xətt Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Milli-mənəvi dəyərlərin qorunması, dini dözümlülük və tolerantlıq ənənələrinin möhkəmləndirilməsi dövlətin din siyasətinin prioritet istiqamətlərdən biridir.

Ramin Məmmədov din xadimlərinə milli-mənəvi dəyərlərin qorunması və təbliği sahəsində daha fəal olmağı tövsiyə edib. Milli birliyin möhkəmləndirilməsi və sağlam dini maarifləndirmə işinin davam etdirilməsi baxımından din xadimlərinin üzərinə mühüm məsuliyyət düşdüyünü bildirib. Komitə sədri din xadimlərinin fəaliyyətində tolerantlıq, dövlətçilik və vətənpərvərlik prinsiplərinin ön planda tutulmasının vacibliyini diqqətə çatdırıb.

Görüşdə Azərbaycan dövləti tərəfindən dini-mənəvi dəyərlərin intibahı üçün atılan addımlar, göstərilən səylər yüksək qiymətləndirilib. Din xadimləri belə təşəbbüslərin dini icmaların fəaliyyətinə müsbət təsir etdiyini, qarşılıqlı anlaşmanın gücləndirilməsi və dövlət-din münasibətlərinin  inkişafı baxımından əhəmiyyətli olduğunu vurğulayıblar.

Seçilən
6
xalqqazeti.az

1Mənbələr