Azərbaycan milli komandası III MDB Oyunlarında ilk qızıl medalını qazanıb. Bu medal taekvondo yarışı üzrə ölkəmizin adına yazılıb.
Tribunainfo.az xəbər verir ki, Mingəçevirdə yerləşən “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunan taekvondo yarışının finallnda Azərbaycan idmançısı Ziya Həsənli (63 kq) ölkəmizi ilk qızıl medalı ilə təmin edib.
Ondan 6 dəqiqə sonra isə sambo yarışının finalında Azərbaycan idmançısı Abdullətif Musayev (53 kq) Özbəkistandan olan Qamzat Maksetbayevi məğlub edərək aktivimizə 2-ci qızıl medalı yazdırıb.
Bu gün Azərbaycanı daha dörd samboçu finalda çıxış edəcək.
Qeyd edək ki, 13 ölkədən ümumilikdə 1624 idmançının iştirak etdiyi Azərbaycanda təşkil olunan III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.