AZ

Səudiyyə Ərəbistanı klubunda çalışacaq? - Millidən ayrılan baş məşqçi

İtaliya millisinin sabiq baş məşqçisi Luçano Spaletti Səudiyyə Ərəbistanı liqasının aparıcı klublarından birində işə düzələ bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “Əl-İttihad” 66 yaşlı mütəxəssislə müqavilə imzalamaqda maraqlıdır.

Klub ötən həftəsonu fransalı məşqçi Loran Blanla yollarını ayırıb.

Spaletti hazırsa işsizdir. Onun ən son çalışdırdığı komanda bu yay tərk etdiyi İtaliya millisi olub.

Seçilən
13
sportinfo.az

1Mənbələr