AZ

Qarabağ Universitetində təhsil alanlar üçün SEVİNDİRİCİ XƏBƏR

Azərbaycanda ali təhsil sisteminin inkişafı istiqamətində daha bir addım atılır. Qarabağ Universitetinin genişlənməsi və müasir təhsil mühitinin yaradılması məqsədilə yeni fakültə binalarının inşası planlaşdırılır. 

Yenisabah.az xəbər verir ki, bunun üçün Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən layihə-smeta sənədlərinin hazırlanmasına dair müsabiqə elan olunub.

Layihə çərçivəsində təbiət elmləri, sosial və humanitar elmlər, eləcə də hüquq fakültələrinin müasir tələblərə cavab verən binalarının tikintisi nəzərdə tutulur. Ehtimal olunan qiymət isə 1 milyon 388 min 477 manat olaraq müəyyən edilib. Marqarita pizza

Qeyd edək ki, Qarabağ Universitetində yeni fakültə binalarının inşası həm bölgədə təhsilin keyfiyyətinə, həm də tələbələrin daha müasir infrastrukturda təhsil almasına imkan yaradacaq. Bu addım Qarabağın elm və təhsil mərkəzinə çevrilməsi istiqamətində mühüm əhəmiyyət daşıyır.

 


Telegram kanalımız
Seçilən
9
2
yenisabah.az

3Mənbələr