AZ

Avropanın "dron divarı" Macarıstana görə baş tutmaya bilər

Macarıstan hökumətinin NATO-nun şərq sərhədində Avropanın "dron divarı" layihəsində iştirakdan imtina etməsi bütün layihə üçün risk daşıyır...

Oxu.Az xəbər verir ki, bu barədə Britaniyanın "The Telegraph" qəzeti Avropa İttifaqının təhlükəsizlik ekspertlərinə istinadən məlumat yayıb.

Məqalədə bildirilir ki, Rusiyanın blokdakı ən yaxın müttəfiqlərindən biri olan Macarıstan bu layihədə iştirak etməyəcək. Bu isə o deməkdir ki, "dron divarının" mərkəzində 96 min kvadratkilometrlik dəlik yarana bilər.

Xatırladaq ki, "dron divarı" layihəsi Almaniya, Polşa, Finlandiya və Baltikyanı ölkələr arasında Rusiya ilə sərhəddə çoxqatlı monitorinq sistemi və avtomatlaşdırılmış pilotsuz uçuş əleyhinə müdafiə sistemlərinin yerləşdirilməsinə yönəlmiş birgə təşəbbüsdür. Layihə hazırda inkişaf və prototip seçimi mərhələsindədir.

Poliqon.info

Seçilən
14
3
poliqon.info

4Mənbələr