Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.
Göygöl, 29 sentyabr, AZƏRTAC
Nəticəyə görə çox xoşbəxtəm.
AZƏRTAC xəbər verir ki, bu sözləri III MDB Oyunlarında qızıl medal qazanan Azərbaycan samboçusu Abdullətif Musayev jurnalistlərə açıqlamasında deyib.
53 kiloqram çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançı final görüşünün ağır keçdiyini bildirib: "Rəqib də güclü idi. Lakin həlledici qarşılaşmaya yaxşı hazırlaşmışdım. Ümumiyyətlə, III MDB Oyunlarına ciddi hazırlıq görmüşdük. Növbəti hədəfim Avropa çempionatında uğur qazanmaqdır".
Qeyd edək ki, 13 ölkədən ümumilikdə 1624 idmançının iştirak etdiyi III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.