AZ

Aİ Rusiya diplomatik missiyalarının əməkdaşlarının hərəkətini məhdudlaşdırmaq istəyir - ÖZƏL

Avropa İttifaqı Rusiya diplomatlarının hərəkətini məhdudlaşdırmaq istəyir.

Olaylar "EUObserver"-ə istinadən xəbər verir ki, Aİ yeni qaydalar layihəsi hazırlayır. Sənədə əsasən, Brüsseldə çalışan rusiyalı diplomat, məsələn, Lüksemburqdan keçərək Haaqaya getmək istədikdə, sərhədi keçməzdən ən azı 24 saat əvvəl müvafiq ölkələrin hakimiyyətini məlumatlandırmalıdır.

Diplomatlar avtomobilin markasını, modelini və nömrəsini, sərhəd keçid məntəqələrini və səyahət tarixlərini bildirməlidirlər. Təyyarə, qatar və ya avtobusla səyahət edəcəklərsə, daşıyıcının adını və marşrut kodunu təqdim etməlidirlər.

Məhdudiyyətlər təkcə diplomatlara deyil, həmçinin Rusiya konsulluqlarının əməkdaşlarına, inzibati və xidmətedici heyətə, eləcə də onların ailə üzvlərinə də şamil edilə bilər.

Avqustun 26-da Çexiyanın XİN rəhbəri Yan Lipavski rusiyalı diplomatların Şengen zonasında hərəkətinə qadağa qoyulmasını təklif etmişdi. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Moskva buna cavab tədbirləri görəcək.

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
9
olaylar.az

1Mənbələr