Ankara, 29 sentyabr, AZƏRTAC
2024-cü il dekabrın 8-dən bəri 509 min 387 suriyalı qaçqın könüllü şəkildə Türkiyəni tərk edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib.
Nazirin sözlərinə görə, 2016-cı ildən bəri Türkiyədən Suriyaya ümumilikdə 1 milyon 249 min 390 qaçqın geri dönüb.
“Suriyalıların geri qaytarılması prosesi Türkiyənin Miqrasiya İdarəsi tərəfindən koordinasiya olunur. Bizim üçün əsas məsələ insanların könüllü şəkildə və təhlükəsiz şəraitdə vətənə qayıtmasıdır”, – deyə Yerlikaya vurğulayıb.
Nazir Türkiyə hökumətinin qaçqınlara münasibətini “miqrasiya axınlarının idarə olunması modeli” adlandırıb.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara