AZ

ASCO üçün yeni sərnişin gəmilərinin inşası plan üzrə davam edir

AZCON Holding şirkətlərindən olan ASCO-nun sifarişi əsasında Bakı Gəmiqayırma Zavodunda (BGZ) inşa olunan sərnişin gəmilərinin tikintisi qrafikə uyğun şəkildə davam edir.

XQ xəbər verir ki, üç yeni sərnişin gəmisindən ikisinin sifarişi üzrə işlərin artıq 31 faizi, üçüncü gəminin isə 28 faizdən çoxu tamamlanıb.

Hər biri 50 sərnişin tutumuna malik olan gəmilərin uzunluğu 42, eni 8 metr təşkil edəcək.

Sərnişin gəmiləri beynəlxalq standartlara tam uyğun şəkildə, yüksək təhlükəsizlik, enerji səmərəliliyi, ekoloji davamlılıq və komfort tələbləri nəzərə alınmaqla layihələndirilib.

Bu gəmilər neft-qaz sektorunda çalışan mütəxəssislərin daşınması üçün nəzərdə tutulub. Layihənin icrası Xəzərdə neft-qaz sahəsində aparılan işlərdə dəniz nəqliyyatı xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə mühüm töhfə verəcək.

Qeyd edək ki, bu gəmilərin təhvil verilməsi ilə BGZ-də ASCO üçün inşa edilmiş gəmilərin sayı 6-ya çatacaq. Bundan öncə, 2016-cı ildə sözügedən Zavodda “Üfüq”, “Zəfər” və “Turan” adlı gəmilər tikilərək ASCO-ya təhvil verilib və həmin gəmilər uğurla istismar edilirlər.

Seçilən
13
10
xalqqazeti.az

10Mənbələr